Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi dəyər

0

  •         Müstəqil Azərbaycanın başlıca siyasəti olan gənclər siyasəti Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997 -ci il fevralın 2-də imzaladığı sərəncama əsasən ölkəmizdə fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi təsis edildi. Bu günün təsis edilməsi Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin və etimadın təzahürü idi. Bir dövlətin bilikli, savadlı və istedadlı gənclərinin olması o dövlətin möhkəm sütunlar üzərində dayanması deməkdir. Çətin sınaqlardan çıxaraq yeni müstəqillik qazanan bir dövlətin isə belə gənclərə daha çox ehtiyacı var idi. Azərbaycan gəncliyinin qarşısında isə mühüm hədəflər və məqsədlər dururdu. Heydər Əliyevin rəhbərliyi altında uğurla icra olunan gənclər siyasəti nəticəsində, gənclərin bütün sahələrdə inkişafı üçün yeni imkanlar və şəraitlər yaradılır, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atılırdı. Azərbaycan gəncləri dövlətin dəstəyi ilə xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil alır, ölkənin mühüm sahələrində aparıcı mövqedə fəaliyyət göstərirdilər. Həmçinin ölkəmiz öz gəncləri ilə beynəlxalq arenalarda uğurla təmsil olunur, haqq səsi dünyaya çatdırılırdı. Artıq ölkəmizdə Heydər Əliyevin qayğısı, əməyi, sevgisi ilə formalaşan onun görmək istədiyi bir gənclik yaranırdı.Bu gün gənclər siyasəti İlham Əliyevin başçılığı altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ölkəmizin bütün sahələrində üstünlük təşkil etdiyi gənclər hər bir məqamda, hər bir anda öz prezidentinin dəstəyini duyurlar. Ölkəmizə idman, tibb, təhsil, elm və s. sahələrdə uğurlar qazandıran gənclərimiz istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda üzərlərinə düşən bütün öhdəlikləri uğurla yerinə yetirirlər. Bu gün Azərbaycan bayrağı öz gənclərinin sayəsində zirvələrdə dalğalanır, dünya əhəmiyyətli tədbirlərə başçılıq edir. Bütün bunlar uğurla icra olunan gənclər siyasətinin göstəricisidir. Bütöv Azərbaycan idealogiyasi altında öz prezidentinin ətrafında sıx birləşən, həm siyasi mübarizədən, həm də erməni və onun havadarları ilə olan haqq mübarizəsindən öz gücü ilə vuruşaraq qalib çıxan gənclərə sahibdir Azərbaycan. Artıq heç bir maneə Azərbaycan gəncliyi qarşısında aşılmaz deyildir. Əsrin zəfərini yaşayan Azərbaycan bu zəfəri ona yaşadan gəncləri ilə fəxr edir!Natəvan Quliyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi dəyər

    Maraqlı gələ bilər
    44
    38